"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov: “Vergi məcəlləsinə bir sözün əlavə edilməsi büdcəmizə 500 min manat vəsaitin daxil olmasına imkan verəcəkdir”

--2017-04-23 / 11:38

“Büdcəmizin əsas hissəsi əmlak vergisindən formalaşır. Bu istiqamətdə gəlirlərimizi 14 faizədək  arıtra bilmişik. Ötən il ərzində bələdiyyə tərəfindən 334.000 manat əmlak vergisi yığlıb. Cari ilin birinci rübü ərzində isə 99.345 manat vəsait toplaya bilmişik”- bu fikirləri Belediyye.infoya  Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib.

Sədrin sözlərinə görə, rayon ərazisində 51.000-dən artıq  təsərrüfat subyekti vardır.  Bu rəqəmin təxminən 10.500-nə güzəşt tətbiq edilir. Qalan 40.500 təsərrüfat subyektinin 15.500-də yaşayış var, lakin çıxarış yoxdur. Beləlkilə, çıxarışı olan 25.000 təsərrüfatın 11.500-ü vergiyə cəlb edilib. Lakin 13.500  isə vergiyə cəlb olduqları halda vergini ödəmirlər:

“Ümumən, 15.500  mənzili çıxaırşı olmadığından vergiyə cəlb edə bilmirik, 13.500  isə məsuliyyətsizlik edərək vergiləri ödəməkdən yayınır. Vergi məcəlləsində vətəndaşın “xüsusi mülkiyyətində” olan sözüylə  yanaşı “istifadəsində olan”  ifadəsi yazılsaydı hesab edin ki, bələdiyyə büdcəsinə il ərzində 500 min manata yaxın vəsait daxil ola bilərdi.

Qısa bir hesablama aparsaq görərik ki,  15.500  yeni tikilini orta hesabla güzəşt tətbiq etməklə 70 kv.m-lə hesablasaq cəmi 1.085.000 kv.m edir. Həmin kvadrat metri isə  ən aşağı  əmsala yəni  0.4 manata vursaq  434 min manat maliyyə vəsaiti edir.

Demək hazırda bələdiyyə il ərzində 434 min manat vəsaiti itirir. Deyərdim ki, bu dəyişikliyin edilməsinə ciddi şəkildə ehtiyac vardır.”

Belediyye.info

 

  

ŞƏRHLƏR